Yevlaxda DƏHŞƏTLİ QƏTL:  alışqan vermədiyi üçün öldürüldü 
27 iyul 2025 21:21 (UTC +04:00)

Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü 

İyulun 27-də saat axşam saatlarında Yevlax şəhərində şəxsi münasibətlər zəminində qətl hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1962-ci il təvəllüdlü İlham Məmmədiyyə oğlu Mirzəyev, həmyerlisi 1978-ci il təvəllüdlü Habil Kərim oğlu Kərimova bıçaq xəsarəti yetirib. O, aldığı xəsarətlərdən ölüb. 

Polis cinayəti törətməkdə şübhəli olan İ.Mirzəyəvi saxlayaraq istintaqa təhvil verib. 

Məlumata görə, həmin şəxslər sərxoş vəziyyətdə olublar və biri o birindən siqaret yandırmaq üçün alışqan istəyib. Alışqanı vermədiyinə görə biri o birini öldürüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar