Yol polisinə tabe olmadı, qadını əzib öldürdü
06 dekabr 2025 14:38 (UTC +04:00)

Yol polisinə tabe olmadı, qadını əzib öldürdü

0

Türkiyədə yol polisinin saxla əmrinə tabe olmayan sürücü piyadanı vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Küçükçekmece adlanan ərazisində, Osmanbəy küçəsində baş verib.

Yol polisi saxla əmri versə də, kiçik yük maşını sürücü məhəl qoymayıb və qaçıb. Bu zaman o, bir qadını vuraraq, ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qadını vurandan sonra isə sürücü Kadir A. və digər iki nəfər avtomobili tərk edərək qaçıblar. Polis sürücünü saxlayaraq, şöbəyə aparıb. Kadir A. ifadəsində 2 il 8 ay həbs cəzası olduğunu və buna görə qaçdığını bildirib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar