Yük maşını  60 yaşlı qadını   vurub öldürdü
19 fevral 2024 12:54 (UTC +04:00)

Yük maşını 60 yaşlı qadını vurub öldürdü

0

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə fevralın 19-da saat 10 radələrində rayonun Ərçivan qəsəbəsi ərazisində olub. 

Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Ərçivan qəsəbə sakini, 60 yaşlı Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4183

Oxşar yazılar