Zaqatala yolunda İrana məxsus  yanacaq maşını aşdı
04 iyun 2026 12:12 (UTC +04:00)

Zaqatala yolunda İrana məxsus yanacaq maşını aşdı

0

Qaxda İran İslam Respublikasına məxsus yanacaq daşıyan maşın aşıb. 

Lent.az-ın məlumatına görə, hadisə Qax-Zaqatala yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İran İslam respublikasına məxsus yanacaq daşıyan maşın Zaqatala rayon istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq meşəlik ərazidə aşıb. 

Ehtimal olunur ki qəzaya sürücünün sükan arxasında yatması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1452

Oxşar yazılar