Zaqatalada 17 yaşlı oğlan dəm qazından boğuldu
31 yanvar 2023 19:04 (UTC +04:00)

Zaqatalada 17 yaşlı oğlan dəm qazından boğuldu

Zaqatalada 17 yaşlı oğlan dəm qazından boğulub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün Zaqatala şəhəri Gülbənövşə Kərimova küçəsindəki evlərdən birində baş verib.

Orada yaşayan, 2006-cı il təvəllüdlü Turan Namiq oğlu Qurbanov hamamda çimərkən ölüb.

İlkin məlumata görə, yeniyetmə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

# 10512
avatar

Oxşar yazılar