Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü
31 may 2025 10:46 (UTC +04:00)

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Üçüncü Tala kəndi ərazisində baş verib.

“VAZ-2106” və motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15440

Oxşar yazılar