Zaqatalada sirkə turşusu içərək intihara cəhd edən qadın xəstəxanada ölüb.
Lent.az-ın məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
Belə ki, bir neçə gün öncə Zaqatalada sirkə turşusu içən 1951-ci il təvəllüdlü Zahidə Abdullayeva Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı araşdırma aparılır.