Zooparkda pələng uşağı dişlədi
24 avqust 2023 17:57 (UTC +04:00)

Zooparkda pələng uşağı dişlədi

Krımdakı Tayqan safari zooparkında pələng uşağa xəsarət yetirib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, uşağını zooparka gətirən ananın fikri yayınıb. Bu zaman azyaşlı qəfəsdə olan pələngi yedizdirmək istəyib. Oğlan əlindəki yemi qəfəsə doğru uzadıb. Ancaq heyvan yemlə birgə onun əlini də dişləyib.

Azyaşlı xəstəxanaya yerləşdirilib, ona diş xəsarəti və barmağın dırnaq falanksının sınığı diaqnozu qoyulub. Zərərçəkmişin ailəsinin safari parkının rəhbərliyinə qarşı heç bir iddiası yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2132

Oxşar yazılar