Sabah hava belə olacaq-PROQNOZ
22 iyun 2025 12:04 (UTC +04:00)

Sabah hava belə olacaq-PROQNOZ

İyunun 23-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.

Dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

22 iyun 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

21 iyun 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

21 iyun 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

20 iyun 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

20 iyun 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

19 iyun 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

19 iyun 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

18 iyun 2025 , 20:30