Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edilib.
Xəbər verildiyi kimi, 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb və polis əməkdaşları tərəfindən onlar saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
saat 12:10
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
saat 09:20
Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Lent.az xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.
Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.