1,5 milyon dollarlıq mirasın varisi  olan pişik  pulsuz qaldı - SƏBƏBİ
10 iyun 2026 19:57 (UTC +04:00)

1,5 milyon dollarlıq mirasın varisi olan pişik pulsuz qaldı - SƏBƏBİ

0

Birman cinsindən olan və dünyanın ən varlı pişiklərindən biri hesab edilən Şupett faktiki olaraq bir qəpik də əldə edə bilməyib. Bunun səbəbi isə gözlənildiyindən daha mürəkkəb hüquqi problemlərlə bağlıdır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət məşhur modelyer Karl Lagerfeld-in sevimlisi olan, mavi-krem rəngli Birman pişiyi Şupettdən gedir. 2019-cu ildə 85 yaşında vəfat edən Lagerfeldin ölümünədək Şupett dəbdəbəli həyat tərzi və reklam kampaniyalarındakı iştirakı sayəsində moda dünyasının əsl ulduzuna çevrilmişdi.

2011-ci ildə dünyaya gələn pişik Lagerfeldin sağlığında şəxsi təyyarələrdə səyahət edir, çini qablardan yemək yeyir və ona qulluq edən iki şəxsi xidmətçiyə sahib idi. Bu, əksər insanların yalnız xəyal edə biləcəyi bir həyat idi. Modelyerin ölümündən sonra Şupettin onun çoxmilyonluq sərvətinin əhəmiyyətli hissəsini alacağı gözlənilirdi.

Lakin artıq bir neçə il keçməsinə baxmayaraq, pişik bu mirasdan hələ də bir avro belə əldə etməyib. Buna səbəb varislərlə Fransa vergi orqanları arasında davam edən uzunmüddətli mübahisədir.

Mətbuatın yaydığı məlumata görə, Şupett təxminən 1,5 milyon ABŞ dolları (təxminən 1,13 milyon funt sterlinq) miras almalı idi. Lagerfeldin keçmiş ev qulluqçusu və modelyerin pişiyə baxmağı etibar etdiyi Fransuaza Kakot bildirib ki, onlar "heç nə almayıblar".

Onun sözlərinə görə, Şupetti saxlamaq üçün hətta yarımştat işləməyə məcbur olub.

İndi əvvəllər ən yüksək səviyyəli komforta öyrəşmiş pişik Fransuaza Kakot, onun həyat yoldaşı və uşaqları ilə birlikdə Parisdə adi bir mənzildə yaşayır. Bu həyat tərzi onun keçmiş dəbdəbəli həyatından tamamilə fərqlənir.

Lagerfeldin sərvəti Fransa hakimiyyət orqanları ilə davam edən vergi mübahisəsinə görə hələ də bloklanmış vəziyyətdədir. Buna görə də varislərə indiyədək heç bir ödəniş edilməyib.

Mirasın əsas namizədləri arasında modelyerin uzunillik köməkçisi Sebastyan Jondo, xaç oğlu Hadson Kroniq, eləcə də modellər Bred Kroniq və Batist Jəbikoni yer alıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar