Vəhşi heyvanlar yalnız bir yırtıcıdan  qorxurlar
18 iyul 2026 17:17 (UTC +04:00)

Vəhşi heyvanlar yalnız bir yırtıcıdan qorxurlar

1

Alimlər müəyyən ediblər ki, vəhşi heyvanlar insanlar tərəfindən törədilən təhlükəni iri yırtıcılardan daha ciddi qəbul edirlər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar insan səsinin və şir nəriltisinin digər səslərindən daha güclü qorxu reaksiyası yaratdığı qənaətinə gəliblər. 

Tədqiqatın nəticələrinə görə, Afrika savannasında yaşayan məməli növlərinin təxminən 95 faizi insanı şirdən daha təhlükəli hesab edir.

Bu ehtimalı yoxlamaq üçün alimlər Cənubi Afrikadakı Böyük Krüger Milli Parkında eksperiment aparıblar.

Dünyanın ən böyük şir populyasiyalarından birinin yaşadığı bu ərazidə su mənbələrinin yaxınlığında müşahidə kameraları və səs avadanlıqları quraşdırılıb. Cihazlar vasitəsilə tsonga, şimali soto, ingilis və afrikaans dillərində insan danışığı səsləndirilib.

Bundan əlavə, heyvanlara insanların ov fəaliyyəti ilə əlaqəli səslər – silah atəşi və it hürməsi də dinlədilib. Daha sonra onların reaksiyası şir nəriltisi və şirlərin çıxardığı digər səslərə verdikləri reaksiya ilə müqayisə olunub.

Müşahidələr göstərib ki, insan danışığını eşidən heyvanlar su mənbələrini şir səsləri və ya ov səsləri eşitdikləri hallarla müqayisədə təxminən iki dəfə daha çox tərk ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 290

Oxşar yazılar