YouTuber  TIR-ın altında gizlənib ölkədən qaçmaq istədi
01 sentyabr 2026 12:19 (UTC +04:00)

YouTuber TIR-ın altında gizlənib ölkədən qaçmaq istədi

0

Türkiyədə barəsində ölkədən çıxış qadağası olan YouTuber Arif Kocabıyık qeyri-adi üsulla Bolqarıstana keçməyə çalışarkən saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kapıkule Sərhəd-Keçid Məntəqəsində baş verib.

Gömrük əməkdaşları Bolqarıstana getmək üçün sərhədə gələn TIR-da yoxlama apararkən qoşqunun altında iki nəfərin gizləndiyini müəyyən ediblər. Onlardan birinin “İlave TV”nin rəhbəri Arif Kocabıyık, digərinin isə İran vətəndaşı Shayan Peiman Samadi olduğu bildirilib.

Araşdırma zamanı Kocabıyık barəsində “Prezidenti təhqir etmə” ittihamı üzrə davam edən məhkəmə prosesi çərçivəsində ölkədən çıxış qadağasının olduğu müəyyənləşib.

Məlumata görə, Kocabıyık qadağaya baxmayaraq, TIR-ın qoşqusunun altında gizlənərək Bolqarıstana keçməyə cəhd edib.

Hadisədən sonra Arif Kocabıyık və TIR sürücüsü Muhterem Altıntaş saxlanılıb. Onların istintaq hərəkətlərindən sonra prokurorluğa göndəriləcəyi bildirilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Arif Kocabıyık “İlave TV” YouTube kanalında yayımlanan küçə müsahibələri ilə tanınıb. O, 2023-cü ildə İYİ Partiyadan Antalya üzrə deputatlığa namizəd olsa da, parlamentə seçilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar