Anar Salmanov cəzalandırıldı, Vüsal Əliyev derbiyə təyinat aldı
24 sentyabr 2010 14:35 (UTC +04:00)

Anar Salmanov cəzalandırıldı, Vüsal Əliyev derbiyə təyinat aldı

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran” və “Neftçi” arasında keçiriləcək turun mərkəzi oyununa FİFA referisi Vüsal Əliyev təyinat alıb.

Ötən tur “Muğan” – “Xəzər Lənkəran” matçında idarəçiliyi qonaq komandada kəskin narazılıq doğuran digər beynəlxalq dərəcəli hakim Anar Salmanova isə oyun verilməyib. Salmanov hətta əvəzedici və I division komandalarının qarşılaşmalarına da təyinat almayıb. Eyni zamanda, ölkəmizin futbol üzrə beynəlxalq dərəcəli 3-cü referisi Fariz Yusifovun daha bir tur məcburi “dincəlməsi” məqsədəuyğun sayılıb.

25 sentyabr (şənbə)

17:10. “Muğan” (Salyan) – “Simurq” (Zaqatala)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Azad Q. Hüseynov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Salyan şəhər stadionu.

17:00. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Elşən Acalov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əmir Zamanov
Qəbələ şəhər stadionu.

19:00. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Mehman Mahmudov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər mərkəzi stadionu.

26 sentyabr (bazar)
17:00. AZAL (Bakı) – MOİK (Bakı)

Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şahin Cəfərov
”Şəfa” stadionu.

20:00. “Bakı” – “Turan” (Tovuz)
Hakimlər: Elnur Muradov, Azər Əsgərov, Elşən Durmuşov, Fuad Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
T.Bəhramov adına Respublika stadionu.

17:00. “Gəncə” – “İnter” (Bakı)
Hakimlər: Rövşən Əhmədov, Aydın Ələkbərov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar