İqor Ponomaryov Azərbaycana gəlişinin səbəbini açıqladı
Xoş haldır ki, bu səfər Lənkəranda “Xəzər Lənkəran”la “Neftçi” arasındakı görüşə təsadüf etdi. Oyuna stadionda baxdım. Köhnə tanışları, dostları gördüm. Əlbəttə, çox xoş oldu”. Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu İqor Ponomaryov deyib.
Ölkəmizə oğlu Anatoli ilə birgə gələn İqor Ponomaryov sentyabrın 25-də Lənkəran şəhər mərkəzi stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçını izləyib. O, həm də hər iki klubun veteranları arasında baş tutan oyuna tamaşa edib. “Neftçi”nin sabiq oyunçusu, “Xəzər Lənkəran”ın isə keçmiş baş məşqçisi olan 50 yaşlı mütəxəssis səfərinin iki komanda arasındakı oyuna təsadüf etməsini sırf təsadüf adlandırıb: “Mən bura şəxsi istəyimlə gəlmişəm. Hansısa matçı düşünüb gəlməmişəm. Anama, bacıma baş çəkmək, bir müddət Bakıda qalmaq istədim”.
Veteran futbolçu bir həftəyədək Bakıda olacağını söyləyib. Ailəsi ilə birgə İsveçdə yaşayan Ponomaryov 2009-cu il iyunun 11-də “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra heç bir klubdan təklif almadığını əlavə edib.
Elşən Məmmədov

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02