Türk hakim Çempionlar Liqasında “Barselona”nın oyununa təyinat aldı
Lent.az-ın məlumatına görə, FİFA referisi Cüneyt Çakır sentyabrın 29-da Rusiyanın “Rubin” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək D qrupunun matçına baş hakim qismində təyinat alıb.
Kazan şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Çakıra yan xətt hakimləri qismində həmyerliləri Bahattin Duran və Tarık Ongun yardımçı olacaqlar. Qapılar arxasında Fırat Aydınus və Tolqa Özkalfa duracaq. Ehtiyat hakim isə Süleyman Abaydır.
Cüneyt Çakır ötən mövsüm Avropa Liqasının yarımfinalında “Fulhem” (İngiltərə) – “Hamburq” (Almaniya) görüşünün baş hakimi olub.
Qeyd edək ki, sonuncu dəfə Çempionlar Liqasında 2000-ci ildə türkiyəli referi Oğuz Sarvan oyun idarə edib. Sarvan hazırda Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinin sədridir.

Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı
16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı
16 avqust 2025 , 09:42