Belçikalı jurnalistlər “Neftçi”nin məşqini izlədi
Lent.az-ın məlumatına görə, flaqmanın məşqini izləyən jurnalın əməkdaşlarından Stefan Van der Velde bu haqda təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.
O, “Neftçi”nin məşqinin digər Avropa klublarında və Belçikanın aparıcı komandalarındakı kimi keçdiyini bildirib: “Düşünürəm ki, çempionat oyunundan sonra belə intensiv məşq komandanın gücündən xəbər verir. Klubun heyətində əsasən texnikalı futbolçular yer alıb. Məşqdə futbolçular çox istəkli və motivasiyalı görünürdülər. Komanda üzvlərinin fiziki göstəriciləri haqda tam fikrimi bildirə bilməsəm də, texniki potensialları göz qabağında idi. Biz bu səfərdən çox məmnun qaldıq”.
Qeyd edək ki, Belçika milli komandası 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir. Belçikalı hücumçu Emil Mpenza isə məhz “Neftçi”də çıxış edir.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02