Almaniyada oynayan daha bir türk milliyə dəvət aldı
Lent.az-ın məlumatına görə, Bundesliqa klubu “Nürnberq”də çıxış edən Mehmet Ekici “Spox.com”a açıqlamasında Hiddink tərəfindən arandığını və “ay-ulduzlular”da oynamaq üçün təklif aldığını bildirib.
Ekici müqavilə ilə “Bavariya”ya məxsus olsa da, “Nürnberq”in formasını icarə əsasında geyinir. 20 yaşlı yarımmüdafiəçi hazırda Almaniyanın 21 yaşlılardan ibarət yığmasının şərəfini qoruyur. Lakin o, hələlik qərar vermədiyini söyləyib: “Qus Hiddink mənə telefon açaraq, Türkiyə millisi üçün istədiyini söylədi. Hazırda bu barədə geniş danışmaq istəmirəm, çünki necə qərar verəcəyimi hələ bilmirəm. Asan qərar deyil. Almaniya Futbol İttifaqından təklif gəlsə, düşünməliyəm”.
Qeyd edək ki, Türkiyə millisi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi son 2 matçında Almaniyaya 0:3, Azərbaycana isə 0:1 hesabı ilə uduzub. Baş məşqçi Qus Hiddink “ay-ulduzlular” üçün ehtiyat qüvvənin yetişməməsindən şikayətlənib. O, 21 yaşlılardan ibarət yığmanın üzvlərinin öz klublarında əsas heyətə düşmədiklərini bildirib.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11