Tayger Vudsun 281 həftəlik hökmranlığına son qoyuldu
01 noyabr 2010 14:26 (UTC +04:00)

Tayger Vudsun 281 həftəlik hökmranlığına son qoyuldu

Lent.az-ın məlumatına görə, ingiltərəli qolfçu Li İstvud məşhur Tayger Vudsun 281 həftəlik dominantlığına son qoyub.

Bu, liderliyə digər iddiaçı, almaniyalı Martin Kaymerin İspaniyada keçirilmiş turnirdə mükafatçılar sırasına düşə bilməməsindən sonra baş verib. 37 yaşlı İstvud 1994-cü ildən sonra reytinqə başçılıq edən ilk avropalıdır. Həmin vaxt peşəkar qolfda onun həmyerlisi Nik Faldo 98 həftə müddətində birinci pilləni əldən verməyib.

Qeyd edək ki, Li İstvud 1993-cü ildə İngiltərənin gənclər arasında çempionatının qalibi olduqdan dərhal sonra peşəkar qolfa keçib. Onun aktivində nüfuzlu beynəlxalq turnirlərdə 22 qələbə var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar