Avropa çempionatının oyunlarında da 5 hakim olacaq
Lent.az-ın məlumatına görə, qitə futbol qurumunun rəhbəri 2012-ci il Avropa çempionatının hər oyununa 5 hakim təyinatı məsələsini baxılmaqdan ötrü xüsusi komissiyaya göndərəcəyini açıqlayıb.
Platini bildirib ki, Çempionlar Liqası və Avropa Liqası matçlarında 5 hakimdən ibarət sistemin tətbiqinin düzgünlüyünə 500 faiz əmindir: “Yeniliklər kifayət qədər müsbət alındı. Referilərin özləri də cərimə meydançası yaxınlığında iki əlavə köməkçilərinin olmasından razıdırlar. Xüsusi komissiya eyni təcrübənin Ukrayna və Polşada təşkil olunacaq 2012-ci il Avropa çempionatının final mərhələsində də tətbiqinə dair təklifimə baxacaq”.
Qeyd edək ki, əlavə hakimlərdən yararlanma ideyası Mişel Platiniyə məxsusdur. Bu ideya bir sıra aparıcı klubların və məşqçilərin videotəkrar sisteminin tətbiqi tələbinə alternativ variant kimi təklif olunub.

Oxşar yazılar

“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56