“Xəzər Lənkəran”ın baş məşqçisi ciddi cəzalanacaq
Lent.az-ın məlumatına görə, bu haqda Abdullayevin özü jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, rumıniyalı mütəxəssis “Neftçi” ilə NBC Bank Azərbaycan Kubokunun ilk ¼ final matçında dünya futbolunda görünməmiş qeyri-etik hərəkətə yol verib. Abdullayev bu hərəkətin qarşılığında Rednikin texniki zonadan qovulmasını düzgün qərar adlandırıb: “Baş hakim çox yaxşı etdi ki, “Xəzər Lənkəran”ın baş məşqçisini texniki zonadan qovdu. Mən Peşəkar Futbol Liqasına müraciət etmişəm ki, həmin baş məşqçi ilə bağlı sərt qərar çıxarsınlar. Elə hərəkət dünyanın heç yerində görünmür. Bu, baş məşqçi üçün qeyri-etik hərəkətdir. Belə şeylər olmaz. Bu, futbolumuza xələl gətirir və etikanı qorumalıyıq”.
AFFA prezidenti “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun görüşün baş hakimi Anar Salmanov barədə səsləndirdiyi ittihamlara da münasibət bildirib. Nadirov Salmanovu rüşvətxorluqda ittiham edib. Abdullayev isə Lənkəran klubu rəsmisinin daim hakimlərdən narazı olduğunu xatırladıb: “Nadirov udanda da, uduzanda da şikayət edir. Mən bilmirəm ki, o, nə istəyir? Hələ “Neftçi”də işlədiyim zaman da Nadirov həmişə hakimlərdə günah görürdü. “Neftçi” – “Xəzər Lənkəran” oyunundakı hakimlikdən razıyam. Çoxdan Azərbaycanda belə yaxşı oyun izləməmişdim. Çox yaxşı oyun oldu. Ümumiyyətlə, oyunlarda hakimləri də izləyirəm. Onlar heç də pis təsir bağışlamırlar. Yaxşı hakimlik var”.
Bununla belə, Abdullayev Salmanovun idarəçiliyindəki çatışmazlıqdan da danışıb: “O, son 5 dəqiqədə özünü itirmişdi. Amma hər halda belə ab-havada keçən oyun üçün idarəçiliyi normaldır”.
Qeyd edək ki, Mirça Rednik oyundan sonra keçirilmiş mətbuat konfransında hakimin qərarına emosional şəkildə etiraz edərək, papağını yerə çırpdığı üçün cəzalandırıldığını bildirib.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06