Azərbaycan taekvondoçuları “German Open”də
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, taekvondoçularımız martın 12-də start götürəcək gənclər və böyüklər arasında Almaniyanın Açıq Çempionatında (“German Open”) mübarizə aparacaqlar.
Millimizin baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev, məşqçi Elnur Amanov və olimpiya seçmə komandasının məşqçisi, koreyalı Con Conqbayın rəhbərliyi ilə Hamburqdakı turnirdə 11 kişi, 10 qadın idmançı yollanacaq. Taekvondoçularımızdan Fariz Əliyev, Kvanq suk Kim və İlkin Şahbazov (hər 3-ü 68 kq), Elvin Məmmədov, Namaz Heydərov (hər 2-si 74 kq), Rəşad Əhmədov, Ramin Əzizov (hər 2-si 80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bəhməlov (+87 kq), həmçinin Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli, Fatma Əhmədova.(hər ikisi 49 kq), Günay Ağakişiyeva, Fərqanə Qurbanova (hər 2-si 62 kq), Vonkyunq Kim və Yelena Abbasova (hər 2-si 67 kq) yarışın ilk günü tatamiyə çıxacaqlar. Martın 13-də isə Samir Aydınov (54 kq), Rövşən Məmmədov (63 kq), Nigar Hacıyeva, Aygül Abdullayeva (hər 2-si 53 kq) və Səbinə Mikayılovanın (57 kq) nəticələri məlum olacaq.
Qeyd edək ki, Ümumdünya Taekvondo Federasiyasının “A” kateqoriyalı turnirlərindən sayılan “German Open”ə qatılmaq istəyən ölkələrin sayı onlarla olsa da, təşkilatçılar yalnız 1250 idmançının iştirakına icazə veriblər.

Oxşar yazılar

"Düşünürəm ki, bu oğlan xüsusidir" - Toni Kroos Yamal haqqında DANIŞDI
10 iyul 2025 , 11:48
“Tottenhem”in azarkeşi Keyni qoluna döymə etdirdi, lakin...
10 iyul 2025 , 09:52
Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39