AÇ seçmə mərhələ: Belçika Avstriyanı məğlub edib
Lent.az-ın məlumatına görə, martın 29-da Azərbaycan yığması ilə qarşılaşacaq Belçika millisi səfərdə Avstriya futbolçularının qonağı olub.
Oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Qolların hər ikisini Vitsel vurub. Bu qələbə sayəsində Belçika millisi xallarının sayını 7-yə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. Amma belçikalılarla eyni xala malik Avstriya millisinin ehtiyatda bir oyunu var.
Azərbaycanın da yer aldığı A qrupunda Almaniya millisi liderdir. Almanlar dörd oyunda mümkün 12 xalın hamısını qazanıblar. Belçika və Avstriya milliləri 7 xalla 2-3-cü yerləri bölüşdürürlər. Türkiyə millisi dörd oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsindədir. Üç oyun keçirən Azərbaycan millisinin 3 xalı var. Qazaxıstan yığması isə dörd oyunun hamısında məğlub olub və turnir cədvəlinin sonuncu pilləsindədir.
Digər oyunlar favorit göstərilən komandaların qələbəsi ilə yekunlaşıb. İtaliya, Fransa, Hollandiya və İspaniya milliləri qələbə qazanmaqla öz qruplarında liderliklərini möhkəmlədiblər.
Digər oyunlarda bu nəticələr qeydə alınıb:
C qrupu: Serbiya-Şimali - İrlandiya – 2:1; Sloveniya - İtaliya – 0:1
D qrupu: Lüksemburq - Fransa – 0:2
E qrupu: Macarıstan - Hollandiya – 0:4
İ qrupu: İspaniya - Çexiya – 2:1.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02