Mədəaltı vəzi xərçənginin müalicədən necə yayındığı   araşdırılıb
26 oktyabr 2026 05:28 (UTC +04:00)

Mədəaltı vəzi xərçənginin müalicədən necə yayındığı araşdırılıb

0

 

Alimlər mədəaltı vəzi xərçəngi hüceyrələrinin müalicəyə davamlılıq qazanmasına kömək edə bilən genetik mexanizmlər barədə yeni məlumatlar əldə ediblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” elmi araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Tədqiqat göstərir ki, xərçəng hüceyrələri genetik quruluşlarında dəyişikliklər etməklə daha aqressiv xüsusiyyətlər qazana, ətraf toxumalara yayıla və müalicənin təsirindən yayınmağa çalışa bilirlər.

Laboratoriya təcrübələrində bu proseslə əlaqəli müəyyən bir genin fəaliyyətinin qarşısının alınması araşdırılıb. Əldə edilən nəticələr həmin mexanizmin gələcək müalicə strategiyalarında potensial hədəf ola biləcəyinə işarə edir.

Bununla belə, söhbət hələlik eksperimental tədqiqatdan gedir. Nəticələr mədəaltı vəzi xərçənginə qarşı yeni təsdiqlənmiş müalicə üsulunun yaradıldığı anlamına gəlmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar