Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral
25 oktyabr 2026 22:35 (UTC +04:00)

Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral

Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqlədi-YENİLƏNİB

0

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

Lent.az xəbər verir ki, türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb.

Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.

Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

“Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib.

Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.


***
18:10

Türkiyənin bəzi media orqanları Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılacağını iddia edib.

Lent.az xəbər verir ki, Oktay Saral sosial mediada Azərbaycan məktəblərində vahid məktəbli geyiminin tətbiqinə etiraz edən status paylaşmışdı. Saralın bu açıqlaması Azərbaycanda narazılığa səbəb olmuşdu.

Medianın yazdığına görə, Saralın oktyabrın 26-da, bazar ertəsi günü istefasını açıqlayacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar