
“Xəzər Lənkəran” “Xəzər Lənkəran”ı darmadağın etdi
Lent.az-ın məlumatına görə, baş məşqçi Mirça Rednikin komandası klubun əvəzedici heyəti ilə üz-üzə gəlib. Oyun əsas komandanın qələbəsi ilə nəticələnib - 7:0. Yoxlama xarakteri daşıyan matçda baş məşqçi demək olar ki, sərəncamında olan bütün futbolçulara şans verib. Bol qollu görüşdə adını tabloya ilk yazdıran Hristu Kyaku olub. Ardınca Alim Qurbanov fərqlənib, ilk hissənin son qolunu isə yenə Kyaku vurub. İkinci hissədə isə daha dörd oyunçu qolla yadda qalıb. Adrian Pit, Uinston Parks, Tural Cəlilov və Katalin Doman hərəyə bir qol vuraraq böyük hesablı qələbəni təmin ediblər.
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02