Lionel Messi 60 il öncəki rekordu təkrarladı
Lent.az-ın məlumatına görə, argentinalı hücumçu aprelin 12-də Ukraynada “Şaxtyor”la keçirdikləri Çempionlar Liqasının ¼ final mərhələsinin cavab görüşündə bu mövsüm 48-ci qolunu vurub.
Bununla da Messi ispaniyalı Telmo Sarranın nailiyyətini təkrarlayıb. Sarra 1950-1951-ci il mövsümündə “Atletik”in heyətində bu qədər qola imza atıb. Onun rekordunu arxada qoymaq üçün 24 yaşlı futbolçunun ölkə çempionatında 7 oyunu, İspaniya Kubokunda “Real Madrid”lə final matçı və Çempionlar Liqasında yarımfinal, ola bilsin, final görüşləri var.
Qeyd edək ki, 2009-2010-cu il mövsümündə Lionel Messi “Barselona”nın heyətində bütün turnirlərdə 47 qol vurub. Həmin vaxt Messi Ferents Puşkaşın 1959-1960-cı il mövsümündə “Real Madrid”in, eləcə də Ronaldonun 1996-1997-ci il mövsümündə “Barselona”nın heyətində müəyyənləşdirdiyi nailiyyəti təkrarlayıb.

Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56