Droqbanın mənzilini və atasının kəndini yandırdılar
0
0
Üsyançıların əsas hədəfi məşhur oyunçunun atası olub. Çünki o, ölkənin keçmiş prezidenti Loran Qbaqbonu açıq-aşkar dəstəkləyirmiş. Droqbanın valideynlərinin durumu barədə heç nə məlum deyil. Bundan başqa futbolçunun Abican şəhərindəki mənzilinə də hücum edildiyi bildirilir. Hücum nəticəsində ev tamamilə dağıdılıb və qarət olunub. 33 yaşlı forvardın şəxsi katibi isə şərh verməkdən imtina edib.
Qeyd edək ki, Didye Droqba Kot d İvuarda doğulsa da, 5 yaşında Fransaya yollanıb. Ötən ay o, üsyançılara şəxsən müraciət edərək, silahlarını yerə qoymağı və qanlı müharibəni dayandırmağı xahiş edib.