Erməni müxalifətçi-boksçusuna həbs cəzası verildi
Lent.az-ın “Armenia Today”a istinadən verdiyi məlumata görə, ötən ay öncə polisə hücum etdiyi üçün saxlanılan idmançı bir il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məruz qalıb.
O, hökm oxunduqdan sonra azadlığa buraxılıb. Xaçatryanın məhkəmədə iştirak edən tərəfdarları bu qərarı hay-küylə qarşılayıblar. Onlar boksçunu çiyinlərinə qaldıraraq küçəyə çıxarıblar.
Qeyd edək ki, Samson Xaçatryan ikiqat Avropa çempionu və Dünya Kubokunun sahibidir. O, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətçi “Erməni milli konqresi”nin tərəfdarıdır. Xaçatryan qurumun 1 mart mitinqində baş verən insidentlə əlaqədar tutulub. Etiraz aksiyasına qatılan idmançı mülki geyimli iki polisi vurub. O, ifadəsində bildirib ki, qadınları itələyən və vuran şəxsləri gördükdə müdaxilə etməli olub və mülki geyimlilərdən birinə zərbə endirib. Xaçatryan məhkəmədə özünü günahkar saymadığını bildirib. İttihamçı tərəf boksçuya 2 illik həbs cəzası tələb edib. Lakin məhkəmə şərti cəzanın kifayət etdiyi qənaətinə gəlib. Hökm oxunduqdan sonra Xaçatryan özünü azadlıq döyüşçüsü adlandırıb və yenə müxalifətin mitinqlərinə qatılacağını bildirib.

Oxşar yazılar

Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43
"Mançester Yunayted"in "körpə Messi"sinin qeyri-adi nömrəsi - Klubla ilk peşəkar müqavilə
4 iyul 2025 , 15:11
“Real” ulduzlarından birinin gedişinə hazırdır
4 iyul 2025 , 14:01
“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38