Vladimir Kliçko-Devid Xey döyüşünün keçiriləcəyi məkan və gün açıqlandı
20 aprel 2011 15:45 (UTC +04:00)

Vladimir Kliçko-Devid Xey döyüşünün keçiriləcəyi məkan və gün açıqlandı

0
Boks üzrə ağır çəkidə WBO, IBO, IBF versiyaları üzrə çempion ukraynalı Vladimir Kliçko və WBA versiyası üzrə çempion Devid Xey arasında keçiriləcək döyüşün məkanı və vaxtı açıqlanıb. Lent.az-ın “boxingscene.com” saytına istinadən verdiyi məlumata görə, döyüş iyulun 2-də Hamburqdakı futbol stadionunda təşkil olunacaq.

Vladimir Kliçkonun qardaşı Vitali Kliçko və polyak Tomaş Adamekin də görüşlərinin vaxtı və məkanı müəyyənləşib. Sentyabrın 10-da Vrotslav stadionunda baş tutacaq görüşdə Vitali Kliçko WBC versiyası üzrə öz titulunu qorumalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar