Qadın tennisçi 2 ayda üçüncü dəfə kortda huşunu itirdi
0
0
Lent.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, Almaniyanın Ştutqart şəhərində keçirilmiş turnirin 1/16 final mərhələsində çexiyalı Suzana Kutsova ilə görüş zamanı Çakvetadze özündən gedib.
Bu vaxt hesab 6:1, 5:7, 4:4 olub. 24 yaşlı tennisçiyə texniki məğlubiyyət verilib. O, kortdaca tibbi müayinədən keçib. Atası Camal Çakvetadzenin sözlərinə görə, həkimlər qızının ürəyində hər şeyin qaydasında, qan analizinin isə normasında olduğunu bildiriblər. Tennisçinin beynini də skanerdən keçiriblər. Lakin yenə mənfi hal aşkarlanmayıb. Camal Çakvetadze Annanın huşunu itirməsinin səbəbini, bununla mübarizə yolunu və karyerasını başa vurmağın nə dərəcədə gərəkli olduğunu öyrənmək istədiyini açıqlayıb.
Qeyd edək ki, əvvəllər Anna Çakvetadze martın 12-də İndian-Uells, fevralın 16-da isə Dubayda keçirilmiş turnirlərdə də özündən gedib. Həkimlər ona karyerasına ara verməyi məsləhət görüblər.