“Forbes” dünyanın ən bahalı futbol klublarının yeni reytinqini açıqladı
“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıya İngiltərə “Mançester Yunayted”i başçılıq edir.
“Qırmızı şeytanlar”ın bazar qiyməti 1,86 milyard dollar təşkil edir. İkinci yerdə 1,4 milyard dollar dəyəri olan İspaniya “Real Madrid”i, üçüncü pillədə isə 1,19 milyard dollar qiymətə malik İngiltərə “Arsenal”ı yer alıb.
Liderlər “üçlüy”ü ötən mövsümlə müqayisədə dəyişməyib. “Forbes”in 2010-cu il üçün analoji reytinqində “Mançester Yunayted”in 1,835 milyard dollar, “Real Madrid”in 1,363 milyard dollar, “Arsenal”ın isə 1,181 milyard dollar qiyməti olub. Ötən il 4-cü yerdə olan İspaniya “Barselona”sının dəyəri 1 milyard dollardan 975 milyon dollara enib. Bu səbəbdən, Kataloniya klubu 5-ci pilləyə enib. 4-cü yerdə isə 1,048 milyon dollar göstərici ilə Almaniya “Bavariya”sı qərarlaşıb. Roman Abramoviçin sahibi olduğu İngiltərənin “Çelsi” klubu isə 822 milyon dollarla 7-cidir.

Oxşar yazılar

Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43
"Mançester Yunayted"in "körpə Messi"sinin qeyri-adi nömrəsi - Klubla ilk peşəkar müqavilə
4 iyul 2025 , 15:11
“Real” ulduzlarından birinin gedişinə hazırdır
4 iyul 2025 , 14:01
“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38