“Xəzər Lənkəran”ın hücumçusu ildə bir dəfə qol vurur
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çoxdandır qol vura bilməyən nigeriyalı legioner bu uğursuz seriyanı Unibank Premyer Liqasının XXVIII turunun AZAL-la oyununda qırıb.
Aprelin 23-də keçirilən görüşün 76-ci dəqiqəsində fərqlənən Emeka düz 1 il idi ki, rəqib qapılarına yol tapa bilmirdi. Afrikalı forvard sonuncu dəfə ötən il məhz aprelin 23-də, yəni 365 gün əvvəl qol vurmuşdu. Opara həmin vaxt da indi olduğu kimi Lənkəran şəhər stadionunu bakılılarla qarşılaşmada ayağa qaldırmışdı. Lakin həmin qurban AZAL deyil, “İnter” olmuşdu. Premyer Liqanın ötən mövsümünün XXIX turunun görüşünün 88-ci dəqiqəsindəki həmin qol “Xəzər Lənkəran”ı məğlubiyyətdən xilas etmişdi – 2:2.
Qeyd edək ki, Emeka Opara 365 gün ərzində 1263 dəqiqə meydanda qol axtarışlarında olub.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19