Naci Şensoya 5 oyunluq cəza və 5 min manat cərimə
0
0
Şensoy Unibank Premyer Liqasının XXVIII turunda “Gəncə” ilə oyunun 81-ci dəqiqəsində Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadasını təhqir edib. Bu səbəbdən, çılğın xarakterli baş məşqçi texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi isə onu 5 oyunluq cəzaya, “Turan”ı 5000 manat cəriməyə məruz qoyub. “Gəncə” isə 1000 manat cərimələnib. Buna klubun 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.
Eyni səbəbdən, “Bakı” da ziyana düşüb. Paytaxtın eyniadlı klubunun 4 futbolçusu “Neftçi” ilə qarşılaşmada sarı vərəqə alıb.
“Xəzər Lənkəran” klubu yenə azarkeşlərinin meydançaya kənar əşyalar atması ucbatından 2000 manat ziyana düşüb. Bu dəfə lənkəranlı fanatlar AZAL-la qarşılaşmanın 24-cü 84-cü dəqiqələrində ənənələrinə sadiq qalıblar.