“Qarabağ”da Rəşad Sadıqov şoku
0
0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun topuğunda kəskin ağrı yaranıb. 28 yaşlı müdafiəçi müayinə olunmaq üçün Türkiyəyə yollanıb. Əvvəllər aldığı köhnə zədənin yenidən özünü göstərməsi Sadıqovu belə addıma vadar edib. Qardaş ölkədə müayinə olunacaq futbolçunun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən, Sadıqovun “Bakı” ilə qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” matçı mayın 1-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyun saat 16:00-da başlanacaq.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” matçı mayın 1-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyun saat 16:00-da başlanacaq.
0
0