Çempionlar Liqası: Messi “Real Madrid”i sarsıtdı
Lent.az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda İspaniyanın “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.
Görüş “Barselona”nın qələbəsi ilə nəticələnib – 2:0. Hər iki qolu 77 və 87-ci dəqiqələrdə Lionel Messi vurub. Messi Çempionlar Liqasında 11 oyuna 11-ci, mövsüm ərzində isə 52-ci qoluna imza atıb.
Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Komandalar ilk yarıdan sonra fasiləyə yollanmağa hazırlaşdıqları vaxt “Barsa”nın ehtiyat qapıçısı Xose Manuel Pinto madridli futbolçularla münaqişəyə girdiyi üçün skamyadan qovulub. Onun yoxluğu meydançadakı kataloniyalı futbolçuların sayına təsir etməyib. Lakin 61-ci dəqiqədə “Real Madrid” azlıqda qalıb. Pepe Daniel Alveşin ayağına bilərəkdən güclü zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydançadan qovulub. Buna etiraz edən “kral klubu”nun baş məşqçisi Joze Mourinyo tribunaya göndərilib. Beləliklə, 2:0 hesablı səfər qələbəsi sayəsində “Barselona” mayın 3-də keçiriləcək cavab görüşünü formallığa çevirib.
Qeyd edək ki, digər yarımfinal matçı da eyni hesabla yekunlaşıb. İngiltərənin “Mançester Yunayted” klubu Almaniyada “Şalke 04”ün qapısından 2 cavabsız top keçirib. Bu oyunun revanşı isə mayın 4-də olacaq.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19