Joze Mourinyo: “Hər şeyi desəm, karyeram elə bu gün başa çatar”
Lent.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis kataloniyalıların belə idarəçilikdən iyrənməli olduqlarını vurğulayıb.
Ştark qarşılaşmanın 61-ci dəqiqəsində “Real Madrid”in yarımmüdafiəçisi Pepeni Daniel Alveşə qarşı kobud oynadığı üçün meydançadan qovub. “Barselona” məhz bundan sonra iki qol vuraraq, qələbəyə nail olub. Mourinyo deyib: “Əgər hər şeyi desəm, karyeram elə bu gün başa çatar. Mənim yalnız bir sualım var: Nəyə görə? Nəyə görə Övrebö, Buzakka, Ştark? Hər dəfə yarımfinalda elə eyni hakimlər!”
Portuqaliyalı baş məşqçi bildirib ki, ilk oyunun nəticəsinə əsasən, “Barselona” artıq finala yüksəlib. Cavab görüşündə “Real Madrid” heç nəyi xilas edə bilməyəcək: “Bəli, biz artıq mübarizəni dayandırdıq. Halbuki əvvəlcə 0:0 hesabını qorumaq, sonra hücumu gücləndirmək niyyətində idik. Lakin hakim buna imkan vermədi. “Barsa”nın 2009-cu ildə finala necə çıxdığını xatırlayıram. Həmin vaxt mən “Çelsi”də idim. “Stemford Bric” stadionunda keçirilmiş görüşdə qalmaqal baş vermişdi. İndi də “Santyaqo Bernabeu”da. Belə “Barselona”ya qarşı oyunda heç kimin şansı yoxdur. Onların bu qədər hüquq və azadlığı haradandır? Belə qələbə iyrəncdir”.
Qeyd edək ki, oyun zamanı Pepenin qovulmasına etiraz edən Joze Mourinyo texniki zonadan kənarlaşdırılıb. Qolları isə 76-cı və 87-ci dəqiqələrdə Lionel Messi vurub.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19