Məşhur futbolçu ayı 260 avroya oynayacaq
0
0
Lent.az-ın “L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 36 yaşlı oyunçunun aylıq əmək haqqı 260 avro təşkil edəcək.
Uzun müddət Fransanın “Lion” komandasında çıxış etmiş Juninyo “Vasku da Qama”ya qazanc xatirinə keçmədiyini bildirib. O, köhnə-yeni klubuna maksimum xeyir vermək istədiyini söyləyib: “Uğurlu çıxış qarşılığında bütün komandaya nəzərəçarpacaq bonuslar nəzərdə tutulub. Lakin bu da əsas deyil. “Vasku” forması ilə meydançaya çıxacağım günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Juninyo Pernambukanonun müqaviləsi iyundan qüvvəyə minəcək.