Avropa Liqası: “Portu”dan yenə 5 qol
Lent.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda və Portu şəhərində keçirilmiş hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Benfika” “Braqa” ilə matçda minimal üstünlüklə qalib gəlib. Əvəzində “Portu” İspaniya “Vilyarreal”ını darmadağın edib. Hesabı ilk yarıda qonaqlar açsalar da, fasilədən sonra meydan sahibləri 5 dəfə fərqləniblər. Qollardan 4-ünü Radamel Falkao vurub. Bununla da “Portu” bir həftə sonra İspaniyada keçiriləcək cavab görüşünü formallığa çevirib. Artıq indidən demək olar ki, mayın 18-də baş tutacaq final görüşündə böyük ehtimalla Portuqaliya komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, “Portu” ¼ finalda Rusiya “Spartak”ının qapısından da hər iki görüşdə 5 top keçirmişdi – 5:1, 5:2.
“Benfika” (Portuqaliya) – “Braqa” (Portuqaliya) - 2:1
Nivaldo Vieyra Jardel, 50. Oskar Kardozo, 59 - Vandinyo, 53
“Porto” (Portuqaliya) – “Vilyarreal” (İspaniya) - 5:1
Radamel Falkao, 49-pen; 67; 75; 90. Freddi Quarin, 61 - Ruben Qratsia Kani, 45
Cavab görüşləri mayın 5-də keçiriləcək.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19