“Beşiktaş”dan Terim və Forlana təklif
Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, klub prezidenti Yıldırım Dəmirörən Terimlə danışıqlar aparıb.
58 yaşlı mütəxəssis təklifə müsbət yanaşsa da, qəti qərar verməyib. O, “Qalatasaray”ın prezidenti postuna kimin seçiləcəyini gözləyir. Məhz bundan sonra Terim gələcək karyerasına aydınlıq gətirəcək. Bu səbəbdən, Dəmirönin onunla görüşündə yekun nəticə hasil olunmayıb. Bununla belə, “İmperator” ləqəbli mütəxəssis “Beşiktaş”ın növbəti mövsüm Avropa kuboklarında çıxış edəcəyini nəzərə alaraq, rədd cavabı da verməyib.
Terimə üstünlük verilməsində məqsəd onun Rikardu Kuarejma, Simao Sabroza və Quti kimi ulduzlar üçün xarizmatik liderlik keyfiyyətlərinə malik olmasıdır. Yaxın vaxtlarda bu cür məşhur futbolçuların sayının artacağı gözlənilir. Artıq İspaniya “Atletiko”sunda çıxış edən uruqvaylı hücumçu Dieqo Forlanın keçidinin yekunlaşmaq üzrə olduğu bildirilir. Forlanın illik əmək haqqı 4 milyon avro olacaq. Ona “Atletiko”da ilinə 4,5 milyon əmək haqqı verilsə də, vergilər üzündən əlinə 3 milyon avro gəlir. Bu səbəbdən, “Beşiktaş”ın təklifi 32 yaşlı hücumçu üçün cəlbedici olub. Hazırda İspaniya klubu rəhbərliyinin razılığının alınması üçün danışıqlar davam edir.
Qeyd edək ki, Bernd Şusterin istefasından sonra “Beşiktaş”ın baş məşqçi səlahiyyətləri Tayfur Hacutçuya tapşırılıb.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19