2026-cı il Olimpiadasında qaliblərə ən çox mükafat verən  ölkələr – SİYAHI
12 fevral 2026 12:28 (UTC +04:00)

2026-cı il Olimpiadasında qaliblərə ən çox mükafat verən ölkələr – SİYAHI

0

Sinqapur 2026-cı il Olimpiya Oyunlarında qaliblər üçün mükafat fonduna görə dünyada liderlik edir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, sinqapurlu idmançı qızıl medal qazanacağı təqdirdə 788.000 dollar alacaq.

İlk beşliyə həmçinin Honkonq (767.000), İtaliya (213.000), Polşa (211.000) və Sloveniya (162.000) daxildir.

Sinqapurlu idmançılar Qış Olimpiya Oyunlarında heç vaxt medal qazanmayıblar. Milan və Kortina Oyunlarında Cənub-Şərqi Asiya ölkəsini bir idmançı təmsil edir: slalom və nəhəng slalom yarışlarında yarışacaq dağ xizəyi idmançısı Faiz Başa.

Ən kiçik bonuslar Yeni Zelandiya (3000 dollar), Avstraliya (14000 dollar), Danimarka (15000 dollar), Kanada (18000 dollar), Avstriya (23000 dollar), Niderland (35000 dollar), Almaniya (35000 dollar) və ABŞ (37000 dollar) kimi potensial qaliblərə verilir.

İtaliyadakı Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar