9 illik evlilik sona çatdı?  Cenk Tosundan boşanma şayiələrinə REAKSİYA
01 dekabr 2025 17:41 (UTC +04:00)

9 illik evlilik sona çatdı? Cenk Tosundan boşanma şayiələrinə REAKSİYA

0

Son zamanlarşəxsi həyatı ilə gündəmə gələn Cenk Tosun, həyat yoldaşı Ece Tosunla boşandığı ilə bağlı yayılan şayiələrə münasibət bildirib. Məşhur futbolçu şayiələrin yalan olduğunu bildirib və "Xoşbəxt bir evliliyimiz var " deyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Fənərbaxça" futbolçusu Cenk Tosun artıq karyerası ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlir. 2016-cı ildə evlənən və iki övladı olan Cenk Tosun və həyat yoldaşı Ece Tosunun boşandığı barədə şayiələr sosial mediada sürətlə yayılıb. Hətta Tosunun həyat yoldaşına külli miqdarda aliment ödəməyə başladığı da iddia edilib. 

Cenk Tosun və həyat yoldaşı Ece Tosunun bu yaxınlarda ayrılmaq qərarına gəldikləri barədə şayiələr gücləndikcə, məşhur futbolçu sükutu pozub. Tosun şayiələrin yalan olduğunu vurğulayıb və ailə həyatı ilə bağlı şayiələrə reaksiya verib.

Tosun yazılı açıqlamasında bildirib: "Ailə həyatına üstünlük verən bir futbolçu olaraq, boşandığımız barədə tamamilə əsassız xəbər məni təəccübləndirdi. Xoşbəxt bir evliliyimiz və dinc bir evimiz var. Belə yalan xəbərlərə inanmayın". 

Bu açıqlama cütlüyün yaxınlarına rahatlıq gətirib.

9 yıllık evlilik sona mı erdi? Cenk Tosun'dan boşanma iddialarına tokat gibi yanıt

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 209

Oxşar yazılar