"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq tezliklə yeni iş tapmağa hazırlaşır.
Lent.az xarici mediaya istinadla bildirir ki, hollandiyalı mütəxəssis "Bayer"də Xabi Alonsonu əvəzləyəcək. Tərəflər demək olar ki, müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər.
Müqavilənin müddəti və "əczaçılar"ın məşqçisi kimi maaşı məlum deyil.
Qeyd olunur ki, Alonsonun “Real Madrid”ə getməsi “Leverkuzen” üçün cari mövsümün Bundesliqasında Dortmund "Borussiya"sı ilə keçirəcəyi son ev oyunundan əvvəl açıqlana bilər.