Ançelotti   "Real"a qayıtmağa hazırdır
22 yanvar 2026 16:22 (UTC +04:00)

Ançelotti "Real"a qayıtmağa hazırdır

0

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real”ın baş məşqçisi postuna qayıtmağa hazır olduğunu bildirib.

Lent.az xəbər verir ki, hazırda komandaya bu ay Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa rəhbərlik edir.

Məlumata görə, Madrid klubu 66 yaşlı italiyalı mütəxəssisi alternativ variant kimi nəzərdən keçirir.

Ançelotti daha əvvəl bildirib ki, Braziliya millisində işlədikdən sonra yenidən məşqçi kimi qayıtmağa hazır olduğu yeganə klub Madrid “Real”ı olacaq.

Ançelotti “Real”la 2013–2015-ci illərdə və 2021–2025-ci illərdə çalışıb. Onun rəhbərliyi altında keçirilən 353 oyunda Madrid komandası 253 qələbə qazanıb və 48 dəfə heç-heçə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar