Fransanın "Monako" klubu mövsümün sonunda "Barselona"ya qayıdacaq ispaniyalı cinah oyunçusu Ansu Fatinin icarə müddətini uzatmamaq qərarına gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Monako" 23 yaşlı futbolçunun davamlı zədə problemləri səbəbindən Fati ilə tərəfdaşlığına son qoyur.
Fransa klubu ötən yay Fatini mövsüm üçün almaq hüququ ilə icarəyə götürüb. Cinah oyunçusu 14 oyunda meydana çıxıb və altı qol vurub. Bu ilin dekabr ayında o, bud əzələsindən zədə alıb və hazırda sağalma mərhələsindədir.