Arda Turanın komandası  Super Liqaya   yüksəlidi
07 aprel 2024 19:37 (UTC +04:00)

Arda Turanın komandası Super Liqaya yüksəlidi

1-ci Liqada "Eyüpspor" doğma meydanda "Altay"ı 4-1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Eyüpspor” tarixində ilk dəfə Super Liqaya yüksəlib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu nəticədən sonra "Eyüpspor" 29 həftənin sonunda xallarını 67-yə yüksəldib. İstanbul təmsilçisi liqanın bitməsinə 5 həftə qalmış Super Liqaya yüksəlməyə zəmanət alıb. 

“Altay” isə liqanın bitməsinə 5 həftə qalmış 15 xalda qalıb.

Karyerasında ilk dəfə məşqçilik həyəcanını yaşayan Arda Turan birinci komandası ilə çempionluq sevincini yaşayıb.

# 2493
avatar

Oxşar yazılar