"Arsenal" türkiyəli futbolçu üçün 40 milyon  təklif etdi
24 fevral 2024 12:26 (UTC +04:00)

"Arsenal" türkiyəli futbolçu üçün 40 milyon təklif etdi

“Arsenal” “Yuventus” rəhbərliyinə e-poçt vasitəsilə 18 yaşlı hücumçu Kənan Yıldızın alınması üçün 40 milyon avro təklif etməyə hazır olduqlarını bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Turin klubu türk futbolçunun transferi üçün təklif olunan məbləğin çox az olduğunu düşünür. “Yuventus”un rəhbərliyi və məşqçilər heyəti klubun gələcəyini Yıldızda görür və 80 milyon avrodan az məbləğə onunla ayrılmağa hazır deyil.

Xatırladaq ki, Yıldız bu mövsüm bütün turnirlərdə 24 matçda iştirak edib, 5 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.

# 11772
avatar

Oxşar yazılar