Avropanın 5 liqasına  futbolçu hazırlayan   ən yaxşı akademiyalar
05 iyul 2025 16:12 (UTC +04:00)

Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) futbolçuları Avropanın yüksək liqalarına hazırlayan ən yaxşı akademiyaları müəyyən edən araşdırma yayımlayıb.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, CIES araşdırması dünyanın 55 aparıcı futbol akademiyasının tarixini təhlil edib, məlumatlar 2005/06 mövsümündən 2024/25 mövsümünə qədər geniş bir dövrü əhatə edir.

Ekspertlər klub Akademiyasında 15 ilə 20 yaş arasında ən azı üç mövsüm keçirən oyunçuları nəzərdə tuturlar, UEFA da bu şərhdən istifadə edir. Statistikaya düşmək üçün futbolçu Avropa Liqasının ən yaxşı 5 liqasında ən azı bir oyun keçirməlidir.

CIES müəyyən edib ki, demək olar 20 il ərzində yüksək liqalar üçün ən çox futbolçunu “Madrid” yetişdirib. Tədqiq olunan dövr ərzində "kral klubu"nun 166 yetişdirməsi Avropanın aparıcı liqalarında özünü göstərib ki, bu da 1.078.118 dəqiqə oyun vaxtı deməkdir!

Sonrakı yerdə Avropanın ilk 5 liqasında oynayan 156 nəfəri yetişdirən La Masiya gəlir. Yetişdirilənlərin sayına görə PSJ üçüncü yerdədir (111 nəfər). “Lion” isə məzunlarının aparıcı liqalarda keçirdikləri oyun müddətinə görə üçüncüdür - 103 oyunçu və 812 385 dəqiqə.

Məzunları Avropanın ilk 5 liqasında oynamış 15 ən yaxşı akademiya
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427

Oxşar yazılar