Azərbaycan kubokunun 1/8 final görüşü Xankəndidə keçiriləcək
26 noyabr 2023 14:32 (UTC +04:00)

Azərbaycan kubokunun 1/8 final görüşü Xankəndidə keçiriləcək

“Qarabağ” gələn ay Xankəndiyə səfər edəcək.

Lent.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək.

Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. “Qarabağ”ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək.

Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli hava limanına uçacaq. Komandanın oyundan bir gün qabaq Şuşada qalacağı gözlənilir.


Matç günü isə komanda Xankəndi Şəhər Stadionuna yollanacaq. Matçdan sonra isə “Qarabağ” Füzuli hava limanına yollanacaq və oradan da Bakıya uçacaq.


Qeyd edək ki, ağdamlıların rəqibi hələ ki, dəqiqləşməyib. İkinci təsnifat mərhələsində MOİK - “Cəbrayıl” görüşündən sonra “Qarabağ”ın rəqibi bəlli olacaq.

# 4554
avatar

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56