Rusiyanın gənclərdən ibarət yığması Manas Kubokunun oyununda 23 yaşadək futbolçulardan ibarət Bəhreyn komandasını 2:0 hesabı ilə məğlub edib.
Lent.az xəbər verir ki, rusiyalılara qələbəni Azərbaycan əsilli futbolçu Ülvi Babayevin dublu gətirib. Moskvanın “Dinamo” klubunun yarımmüdafiəçisi görüşün son dəqiqələrində — 90+9 və 90+11-ci dəqiqələrdə fərqlənib.
Manas Kuboku, eyni adlı qırğız şəhərində 12–18 noyabr tarixləri arasında keçirilir.